Arzu Rəhimov cənub bölgəsində sakinlərlə görüşüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Cəlilabadda vətəndaşları qəbul edib.  APA TV-nin cənub bürosunun məlumatına görə, xidmətin Cəlilabad rayon şöbəsinin inzibati binasında təşkil olunan görüşdə Cəlilabadla yanaşı, qonşu Biləsuvar və Masallı rayonlarından olan sakinlər iştirak ediblər. Vətəndaşların müraciətləri daha çox xidmətin müvafiq şöbə və bölmələrində işə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, həqiqi hərbi xidmətə qəbul məsələlərində köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşın müraciətini diqqət və həssaslıqa dinləyən Arzu Rəhimov irəli sürülən məsələlərin əksəriyyətinin yerindəcə həlli üçün tapşırıqlarını verib. Araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı diqqətə çatdırılıb. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv