Kürdəmirdə "KamAZ" 6 yaşlı qızı vurub
Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada vurulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sığırlı kənd orta məktəbinin birinci sinif şagirdi, 2008-ci il təvəllüdlü Səfərova Rəvanə Ramil qızı dərsdən çıxıb evə gedərkən “KamAZ” markalı yük avtomobili onu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan Rəvanə Səfərovanı sürücü başqa minik maşını ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırıb.
Hadisənin şahidi Habil Nuriyev deyib ki, yaralını xəstəxanaya onun maşını ilə aparıblar.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.