Azərbaycanda “Eynəklər və linzalar haqqında” qanun qəbul eidilə bilər

"Azərbaycanda həkim nəzarətindən kənar eynək və linza satışı məhdudlaşdırılacaq".

 

APA TV-nin xəbərinə görə, bunu parlamentin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin iclasında deyib. Onun sözlərinə görə, “Eynəklər və linzalar haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulur: “Məsələn, Türkiyədə optika haqqında qanun var. Ancaq biz istəyirik ki, hazırlayacağımız qanunda daha geniş məsələləri əhatə edək. Çünki bu gün Azərbaycanda əhalinin böyük əksəriyyəti eynək taxır və bu eynəklərin də böyük bir qismi problemlidir. Onların haradan gətirildiyi, necə hazırlandığı, insan səhhətinə ziyanlı olub-olmadığı məlum deyil. Ona görə də hesab edirik ki, bu məsələləri tənzimləmək üçün müvafiq qanunun hazırlanmasına və qəbuluna ehtiyac var. Bəlkə də kimlər üçünsə bu məsələ qəribə gələ bilər. Ancaq hər halda belə bir qanunun da hazırlanması əhəmiyyətlidir”.

 

Hadı Rəcəbli Azərbaycanın Türkiyə ilə yanaşı, Rusiya və Avropanın təcrübəsinə də müraciət edəcəyini deyib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı