"Kənd təsərrüfatı kooperasiyası haqqında” qanuna əlavə və düzəlişlər olacaq
""Kənd təsərrüfatı kooperasiyası haqqında” yeni qanun layihəsi üzərində işlər davam edir".
APA TV-nin xəbərinə görə, bunu parlamentin Aqrar-siyasət komitəsinin sədri Eldar İbrahimovun komitənin iclasında deyib. Onun sözlərinə görə, Milli Məclisin sonuncu yaz və növbədənkənar sessiyalarında adıçəkilən komitənin 3 iclası keçirilib və bu iclaslarda 7 məsələ, o cümlədən, 5 qanun layihəsi müzakirə olunub.
Bu müddətdə komitəyə 94 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub.Onlardan 35 ərizə təbbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 59 ərizə isə təkrar daxil olduğu və onlara cavablar verildiyi üçün işə alınıb.
İclasda bildirlib ki, “Kənd təsərrüfatı informasiya-məsləhət xiddəti haqqında” qanun layihəsi də hazırdır.
Daha sonra gündəlikdəki 5 qanun layihəsi payız sessiyasının plenar iclasına tövsiyə olunub.