İŞİD daha bir britaniyalı girovun görüntülərini yaydı

"İraq Şam İslam Dövləti" terror qruplaşması daha bir britaniyalı jurnalistin videogörüntülərini yayıb. APA TV-nin xəbərinə görə, bu, 2012-ci ilin noyabrında girov götürülən və o vaxtdan barəsində heç bir məlumat olmayan Con Kentlidir. İŞİD üzvləri onu aparıcı kimi videoya çəkiblər. Con Kentli bildirir ki, videobloqda "İŞİD-lə bağlı həqiqətləri" danışacaq. O əmin edir ki, bunu silah qorxusu ilə yox, könüllü edir.

 

Bu arada isə internetdə Suriyanın şimalında İŞİD-ə qarşı döyüşən kürdlərin həvəskar videoçəkilişləri yayılıb. Radikallar ağır texnikadan, o cümlədən, tanklardan istifadə edərək, kürdlərin yaşadığı təxminən 20 kəndi mühasirəyə alıblar. Hücumun əsas hədəfi Türkiyə ilə sərhəddə yerləşən Ayn əl-Ərəb şəhəridir.

 

İraqın Mosul vilayətində isə peşmərgələr İŞİD-çiləri bir neçə yaşayış məntəqəsindən çıxarmağa nail olublar.

Müəllif | Apa.Tv
Apa.tv