Bakı-Qazax yolunda qəza: 2 yaralı
Bakı-Qazax yolunda iki nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmirin Xırdapay kəndi ərazisində qeydə alınıb. Ağcabədi rayon sakini, 47 yaşlı Atakişiyev Qalib Xankişi oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını sürətlə hərəkətdə olarkən sürücü qarşısına çıxan maneə səbəbindən toqquşmadan qaçaraq idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Qalib Atakişiyev və sərnişini, 21 yaşlı Fərzəliyev Xəyyam Şahəddin oğlu ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.