Elman Abdullayev səfir təyin olundu
XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycanın Efiopiyada səfiri təyin edilib. APA TV-nin məlumatına görə, Prezident İlham Əliyev Elman Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Elman Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Qeyd edək ki, E. Abdullayev XİN-in mətbuat xidmətinə rəhbərlik edib.