Ermənilər atəşkəsi pozmaqda davam edirlər
Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini Ağdam və Xocavənd istiqamətində atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.