Şotlandiya müstəqilliyə "yox" dedi
Sentyabrın 18-də Şotlandiyanın azadlığı ilə bağlı keçirilən tarixi referendumun ilkin nəticələri açıqlanıb. APA TV-nin məlumatına görə, ilkin nəticələrə əsasən, əhalinin 55 faizi Şotlandiyanın müstəqil olmasına "yox", 45 faiz isə "hə" deyib. 32 qraflıqda aparılan səsvermənin nəticəsində görə, 307 illik birlikdən sonra Şotlandiya Birləşmiş Krallığın tərkibindən çıxmayacaq.
Şotlandiyanın ən böyük şəhəri Qlazqoda seçicilərin əksəriyyəti Şotlandiyanın ayrılmasına səs verdiyi halda, paytaxt Edinburq əhalisi buna etirazını bildirib.
Nəticələrdən dərhal sonra Birləşmiş Krallığın baş naziri Devid Kameron Şotlandiyanın ayrılmasının əleyhinə kampaniya keçirən liberallar partiyasından olan siyasətçi Alister Darlinqi təbrik edib. Bu barədə o, "facebook" səhifəsində yazıb.
Xatırladaq ki, ötən gün səhər saat 10-dan axşam saat 22-yə kimi keçirilən səsvermədə seçici fəallığı 85 faiz olub.