Xaçmazda naməlum şəxslər 26 yaşlı gəncin boğazını kəsdilər

Xaçmazda bıçaqlanma olub.  APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 26 yaşlı Vüqar Mahmudov boğaz və döş qəfəsindən çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Ona boyun və döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub, vəziyyəti ağırdır.

 

Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan