Azərbaycanda Rəqabət Məcəlləsi qəbul oluna bilər
"Rəqabət Məcəlləsinin qəbuluna ciddi ehtiyac duyulur və bu sənəd parlamentin müzakirələrinə çıxarılıb qəbul olunmalıdır".
APA TV-nin xəbərinə görə, bunu parlamentin iqtisadi-siyasət komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycanda bazar münasibətlərinin normal qaydada tənzimlənməsi üçün Rəqabət Məcəlləsinin qəbulu zəruridir.
Deputat Əli Məsimli də məcəllənin qəbulunun vacib olduğunu söyləyib.
Onların fikirlərini iqtisadi-siyasət komitəsinin sədri Ziyad Səməzadə də dəstəkləyib: "Bu sənədin təşəbbüsçüsü olan İqtisadiyyat və Sənaye Nazirliyi bu yöndə hökumətlə müzakirələr, məsləhətləşmlər aparır".
Komitə sədri payız sessiyasının qanunvericilik işləri planı barədə danışarkən deyib ki, 32 qanun layihəsinə dəyişiklik edilib.
Müzakirələrdən sonra komitənin iş qrafiki təsdiqlənib. Layihələrin Milli Məclisin plenar sessiyasının müzakirəsinə çıxarılması qərara alınıb.