"Jiquli"nin vurduğu 25 yaşlı gəncin vəziyyəti ağırdır

Goranboy rayonu ərazisində piyadanın vurulması və ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib . APA TV-nin məlumatına görə, hadisə sentyabrın 18-dən 19-na keçən gecə baş verib. Goranboy rayonu Şadlı kənd sakini 25 yaşlı Rüstəm Abbasov , həmkəndlisi Azər Quliyevin  idarə etdiyi "VAZ 2109" markalı avtomobillə vurulub və ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralı dərhal cərrahiyyə əməliyyatı olunub və xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.  Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv