Kərkükdə məscidin önündə avtomobil partladıldı: onlarla ölü və yaralı var
İraqın Kərkük şəhərində partlayıcı qurğu quraşdırılan avtomobil partladılıb. Hadisə şəhərin İmam Qasım bölgəsində, Silah Bazarının qarşısında baş verib. Kərküklü jurnalist Əli Mükərrəm Qasapoğlunun APA TV-yə verdiyi məlumata görə, hadisə cümə namazından öncə, Nayıboğlu məscidinin önündə baş verib. Polis və səhiyyə işçilərinin məlumatına görə, 8 nəfər ölüb, xeyli sayda yaralı var.
Partlayışın kimlər tərəfindən törədildiyi bilinmir. Partlayış nəticəsində ətrafdakı binalarda ciddi çatlar yaranıb.
Polis tərəfindən əraziyə avtomobillərin girişi qadağan olunub, yaralılar xəstəxanaya çatdırılıb.