Tovuzda avtomobil dirəyə çırpıldı, 18 yaşlı sürücü öldü
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Elvin Şirinov idarə etdiyi “VAZ 21011” markal avtomobili ilə hərəkətdə olarkən idarə etməni itirib və maşını yolun kənarındakı dirəyə çırpıb. Qəza zamanı xəsarət alan Elvin Şirinov dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəyə səbəb kimi avtomobilin şininin anidən partlaması göstərilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.