Amerikalı jurnalistləri edam edənlərin başına 10 milyon dollar pul mükafatı!

ABŞ edam edilmiş jurnalistlərin qatilləri barədə məlumata görə 10 milyon dollar mükafat təyin edib. ABŞ Konqresi Ceyms Fouli və Stiven Sotloffun oğurlanması və qətlində əli olan şəxslərin yerini deyənə 10 milyon dollara qədər mükafatı nəzərdə tutan qanun layihəsini yekdilliklə qəbul edib.

APA TV-nin məlumatına görə, sentyabrın əvvəlində İŞİD terror təşkilatı ABŞ vətəndaşı, 2013-cü ildə Suriyada oğurlanan Stiven Sotloffun başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yayıb.
 
Bundan əvvəl İŞİD qruplaşması digər amerikalı jurnalist, 2012-ci ildə Suriyada əsir düşən Ceyms Foulini edam etmişdi. Terrorçular bəyanatlarında ABŞ İraqdakı hərbi əməliyyatlarını davam etdirdikləri təqdirdə amerikalıları qan içində boğacaqlarını vəd etmişdilər.
 

Müəllif | Apa.Tv