Zabratda qəza! Piyada yolda can verdi!
Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb. Həsənov Ələmdar Lətif oğlu idarə etdi “50 CR 244” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşınla Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Lətifov Orduxan Murad oğlunu vurub. Piyada aldığı bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya yolun işıqlı olmaması və yüksək sürət səbəb olub.
Hadisə ilə bağlı APA TV-yə danışan Zabrat sakinlərinin sözlərinə görə, bu yolda tez-tez qəzalar baş verir. Səbəb isə yolun işıqlandırılmaması və lazımı yerlərdə piyada keçidi və işıqforlarının quraşdırılmamasıdır.
Bədbəxt hadisənin qurbanı olan 47 yaşlı Orduxan Lətifovun meyiti ətrafdakıların köməyi ilə maşına qoyularaq Sabunçu rayon morquna aparılıb. Hadisəni törətmiş "Mercedes"in sürücüsü Ələmdar Həsənov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində aradşırma aparılır.