Bakıda qəza törədən qadın sürücü hadisə yerindən qaçdı
Bakının Nərimanov rayonunda qadın sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Təbriz küçəsi, 38 ünvanında qeydə alınıb. “99 AE 778” nömrəli "Nissan"ın qadın sürücüsü dayanmış vəziyyətdə olan “99 DK 467” nömrəli "Opel"ə çırpılıb.
Hadisə şahidlərinin sözlərinə görə, "Nissan" sürətlə hərəkət edirmiş.
Qəza nəticəsində xanım sürücü qol nahiyəsindən xəsarət alıb. O, qəzadan sonra hadisə yerini tərk edib.
"Opel"in sürücüsü Vaqif Rəhimovun sözlərinə görə, evində yatarkən qəfil səsə ayılıb. Dərhal çölə çıxan V. Rəhimov maşının vurulduğunu görüb.
Zərərçəkən hadisə ilə bağlı polisə məlumat verib. Hadisə yerinə sığorta şirkətinin nümayəndələri gəldikdən sonra "102" xidmətinə zəng vurulub və olay yerinə bir daha polis çağırılıb.