Saakaşvilinin əmlakına həbs qoyuldu

Tiflis məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin ailəsinin əmlakına həbs qoyub. APA TV-nin məlumatına görə, sabiq prezidentin vəkili Otar Kaxidze bəyan edib ki, həbs qoyulan əmlak sırasında torpaq sahələri, Tiflisidəki ev və avtomobillər var.

Prokurorluğun qərarında həbsin səbəbləri açıqlanmır. Vəkil qərardan şikayət edəcəklərini qeyd edib.
Hazırda ABŞ-da yaşayan Saakaşvili Tiflis məhkəməsinin qərarının siyasi motivli olduğunu bildirib.

Xatırladaq ki, Gürcüstan prokurorluğu Mixail Saakaşvili barəsində cinayət işi qaldırıb, axtarış elan edilib.
 

Müəllif | Apa.Tv