Türkiyə Suriyaya yenidən qucaq açdı; 5 min qaçqın sərhədi keçdi

Türkiyənin Şanlıurfa rayonunun Suriya ilə sərhəd bölgəsi qaçqınlar üçün açıq elan edilib. APA TV-nin məlumatına görə, təqribən 5 min nəfərdən çox qaçqın Türkiyə tərəfinə keçməyə başlayıb. Türkiyə tərəfinə keçən kürdlərin sonrakı taleyi haqqında hələlik bir məlumat verilmir. Bəzi qaçqınların sərhəddə acından və susuzluqdan ürəyinin getdiyi bildirilir.
İŞİD terroristlərinin Suriyada kürdlər yaşayan Rojova bölgəsinə hücumundan sonra ötən gün minlərlə suriyalı Türkiyə sərhədində cəmləşib. Amma Türkiyə sərhəd xidmətçiləri qaçqınların girişinə heç bir şəkildə icazə verməyiblər. Məlumata görə, türkiyəli vətəndaşlar sərhədçilərin bu qərarına etiraz edib. Onlar arasında qarşıdurma yaranıb, sərhədçilər etirazçılara təzyiqli su və bibər qazı ilə müdaxilə edib.
 

Müəllif | Apa.Tv
Apa.tv