Mosulda girov götürülən 49 türk diplomatı azad edildi! Davudoğlu Urfaya qayıdır!
İŞİD terror təşkilatının girov götürdüyü Türkiyənin Mosul Baş Konsulluğunun 49 əməkdaşı azad edilib. APA TV-nin məlumatına görə, baş nazir Əhməd Davudoğlu iyunun 11-də girov götürülən diplomatların artıq Türkiyəyə gətirildiyini deyib. Girovların səhhətində heç bir problem olmadığı bildirilir. Bakı səfərini yarımçıq kəsərək Türkiyəyə qayıdacağını deyən Davudoğlu bildirib ki, Urfaya gedərək diplomatlarla görüşmək niyyətindədir. Baş nazirin sözlərinə görə, girovların azad edilməsi ilə bağlı ilk danışıqlar Bakı vaxtı ilə gecə 02.30-da başlayıb və səhər 07.00 radələrində bitib: “Bir az əvvəl prezidenti məlumatlandırdıq. Bu xoş xəbər hamımız üçün xeyirli sabaha vəsilə oldu”.