Ukraynada müharibə bitdi! Sülh sazişinin 9 parametri!
Minskdə Ukrayna, ATƏT, Luqansk və Donetskdəki separatçıların liderlərindən ibarət təmas qrupunun növbəti görüşü keçirilib.
APA TV-nin məlumatına görə, görüşün sonunda memorandum qəbul olunub və sülh üçün 9 parametr razılaşdırılıb. Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın sözlərinə görə, memorandumda aşağıdakı bəndlər yer alıb.
1. Ümumi şəkildə atəşkəsin elan olunması ilə bağlı razılığa gəlinib.
2. Bölmələrin və hərbi qruplaşmaların 19 sentyabr üçün mövcud olan təmas xəttində dayandırılması qərarlaşıb.
3. Bütün növ silahların istifadəsi və hücum xarakterli hərəkətlər qadağan edilib.
4. Memorandumun qəbul olunmasından sonra bir sutka ərzində 100 mm kalibrdən çox silahların yaşayış məntəqələrindən və hər iki tərəfdən 15 km məsafə uzaqlığa aparılması qərara alınıb. Bu atəşkəsin tətbiq edilməsinə və 30 km-lik təhlükəsizlik zonasının yaradılmasına imkan verəcək.
5. Müəyyən yaşayış məntəqələri ilə məhdudlaşdırılmış rayonlarda ağır silahların və hərbi texnikanın yerləşdirilməsinə qadağa qoyulub.
6. Təhlükəsizlik zonasının sərhədlərində yeni partlayıcı mina qurğularının yerləşdirilməsinə qadağa qoyulub və daha öncədən yerləşdirilmiş qurğuların çıxarılması məsuliyyəti müəyyən edilib.
7. ATƏT vasitələrindən başqa digər aviasiya qurğularının, o cümlədən xarici uçuş aparatlarının təhlükəsizlik zonada uçuşunun qadağan edilib.
8. Memorandumun qəbulundan sonra 1 sutka ərzində ATƏT-in müşahidə qrupu tərkibində monitorinq missiyasının atəşkəsin elan olunduğu zonada yerləşdirilməsi müəyyənləşdirilib.
9. Hər iki tərəfdən olan xarici muzdluların münaqişə zonasından çıxarılması qərarlaşdırılıb.
Tərəflər həmçinin hərbi əsrlərin qarşılıqlı şəkildə qaytarılması barədə də razılığa gəliblər. Minsk görüşündə separatçılar tərəfindən zəbt olunan ərazinin statusu məsələsi də müzakirə olunub.