Gəncədə hamilə qadını maşın vurub
Gəncədə hamilə qadını maşın vurub. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə hadisə sentyabrın 19-da saat 22 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
Həyat yoldaşı ilə yolu keçmək istəyən, 1983-cü il təvəllüdlü Yusibova Emilya Səttar qızı, “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər 4 aylıq hamilə olan qadının vəziyyətinin normal olduğunu bildirir. Qadın ginekologiya şöbəsində nəzarət saxlanır.
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədib qaçan, 1989-cu il təvəllüdlü, Elvin İsmayılov saxlanılıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.