Sabah Bakıda qısamüddətli yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 20-25 dərəcə isti olacaq. Azərbaycanın bölgələrində sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
 

Müəllif | Apa.Tv
Apa.tv