Balakəndə yanğın baş verib

Balakəndə ev yanıb. APA TV-nin məlumatına görə, yanğın rayonun Katex kəndində İsa Hudulova məxsus, ümumi sahəsi 126 kv/m olan 4 otaqlı ikimərtəbəli evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Yanğın nəticəsində evin dam örtüyü tamamilə, bir otaq içərisindəki əşyalarla, daha bir otağın isə tavan hissəsi yanaraq yararsız hala düşüb. Yanğın zamanı ev sahiblərindən və yanğınsöndürənlərdən xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Balakən rayon DYMH-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv