ARDNŞ-in yeni loqosunun təqdimatı keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni loqosunun təqdimatı keçirilib. APA TV-nin məlumatına görə, loqonun müəllifi Tomas Deqendeş təqdimat zamanı bildirib ki, loqo hazırlanarkən ölkənin mədəniyyəti, tarixi keçmişi nəzərə alınıb və loqo alov simvolu üzərində qurulub. Azərbaycan bayrağının rənglərini əks etdirən 3 işarədən ibarət loqo SOCAR-ın ənənələrə sadiqliyini, dinamik inkişafı və sosial məsuliyyəti özündə əks etdirir.

ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti bu gündən etibarən SOCAR-ın fəaliyyət göstərdiyi bütün yerlərdə yeni brendin tətbiqinə başlanacağını deyib: “Bir il müddətində bizim bütün müəssisə və təşkilatlarında yanacaqdoldurma məntəqələrində və xarici dövlətlərdəki aktivlərdə SOCAR-ın yeni loqosunun tətbiqi ilə bağlı işlər görüləcək. Artıq Avropada bu işə başlamışıq”.

Xatırladaq ki, SOCAR-ın yeni binasını görüntüsü də alov şəklindədir.

Müəllif | Apa.Tv
Apa.tv