Fransua Olland: "Qarabağ münaqişəsinin uğurla nizamlanmasını arzu edirik"
Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə uğurla nizamlanmasını arzu edib. Fransua Olland bu barədə Ermənistan prezidenti Serj Sarkisyana bu ölkənin müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubunda deyib. “Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqların yaxın gələcəkdə uğurla nəticələnməsini arzu edir. Bu məqsədlə sizi oktyabrda Parisdə qarşılamaqdan şad olacağam”, - deyə o, bildirib.