Naxçıvanda zəlzələ olub

Ötən gecə Naxçıvanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA -ya verilən məlumata görə, yeraltı təkanlar dünən saat 22:31-də baş verib. Zəlzələ Naxçıvandan 34 km qərbdə, Naxçıvan-İran sərhədində qeydə alınıb və 2 km dərinlikdə qeydə alınıb. Maqnitudası 3,3 bal gücündə olan yeraltı təkanlar hiss olunmayıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv