Bakıda dəhşətli qəza: Sərnişin avtobusu piyadanın üstündən keçdi
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə bu gün səhər Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb. 91 saylı xətt üzrə hərəkət edən “DAEWOO” markalı, 90 JZ 664 dövlət nömrə nişanlı, iritutumlu sərnişin avtobusu yolu keçən, şəxsiyyəti hələlik məlum olmayan kişini vurub.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, avtobus qaydanı pozaraq, hərəkət zolağının digər istiqamətinə keçib. Sürücü yolu keçən piyadanı da bu səbəbdən görməyib. Avtobus sağ təkərin altında qalan, 30-36 yaşı olduğu təxmin edilən piyadanı 15-20 metr sürüyüb. Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.