Bakı metrosunda qəribə oğurluq: yuxulayan sərnişinin videokamerasını oğurladılar
Bakı Metropolitenində qəribə oğurluq hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, hadisə metronun “Nərimanov” stansiyasında baş verib. Toya çəkilişə gedən sərnişinlərdən biri, Astara sakini Rəşad Məhərrəmov vaqonda əyləşdikdən sonra videokamerasını yanına qoyub. Bir qədər sonra o kamerasının oğurlandığını görüb. Oğurluq barədə Metropolitenin polis bölməsinə xəbər verildikdən sonra oğrunun tapılması üçün əməliyyat tədbirləri keçirilib və oğurlquda şübhəli bilinən Bakı sakini Elxan Tağıyev tutulub. İlkin ehtimala görə, sərnişin metroda yuxuladığından kamerasının oğurlanmasının fərqinə varmayıb. Araşdırma aparılır.