Qazaxdan qız toyundan qayıdarkən kanalda batan bəyin meyiti tapıldı

Sentyabrın 19-da Ağdaş rayonunda kanalda boğulan gəncin meyiti tapılıb. Rayonun Kükəl kəndinin ərazisində Yuxarı Şirvan kanalında çimərkən suda boğulan 27 yaşlı Fuad Rəsulovun meyiti bu gün aşkar edilib.

 

Qeyd edək ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında qeydə alınıb. 1987-ci il təvəllüdlü Rəsulov Fuad Faiq oğlu dostları ilə birgə Qazax rayonunda nişanlısının toyundan çıxıb Bakıya qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. Fuad Rəsulov çimərkən qəflətən boğularaq dünyasını dəyişib.

 

Onu da qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun Bakıda oğlan toyu olacaqdı.

Müəllif | Apa.Tv
Elvin Yaqubov