Gəncədə qardaş 22 yaşlı bacısını bıçaqlayıb
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA TV-nin qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Məhsəti qəsəbə sakini, 1992-ci il təvəllüdlü Hüseynova Nüşabə Mehman qızı qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub.
Dərhal ona tibbi yardım göstərilib. Həkimlər 22 yaşlı qızın vəziyyətinin normal olduğunu bildirirlər. Araşdırma zamanı məlum olub ki, N.Hüseynovanı qardaşı bıçaqlayıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.