Lənkəranda 12 otaqlı evdə yanğın olub

Lənkəranda yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə sentyabrın 22-də saat 9.00 radələrində şəhərin Vaqif Nağıyev küçəsi, 102 ünvanında 1946-cı il təvəllüdlü Mirzağa İspər oğlu Əzizova məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınının və canlı qüvvəsinin səyləri ilə yanğının əhatə dairəsinin və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 12 otaqlı evin birinci mərtəbəsində 2 otaq və mətbəx içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq kül olub. İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv