“ASAN xidmət” Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə bağlı fərmanın icrasına başlayıb

“ASAN xidmət” Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar fərmanın icrasına başlayıb. Xidmətin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobusları Hacıqabul rayonunda sakinlərə xidmət göstərib.

 

APA TV-nin xəbərinə görə, "ASAN xidmət"in mətbuat xidmətinin rəhbəri Anar Hüseynov deyib ki, Hacıqabuldan sonra digər rayonlara səfər edərək, həmin yerlərdə, bir növ onların qapısında zəruri sənədlər hazırlanacaq. Səyyar "ASAN xidmət"lərin göstərilməsində əsas məqsəd vətəndaşlarımıza daha rahat, yeni innovatiov üsullarla dövlət xcidmətlərinə əlçatanlığını təmin etmək və onların məmnunluğuna nail olmaqdır.

 

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirəcək.

Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı zəruri addımlar atılıb.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı