Sulutəpədə iki “KamAZ” toqquşdu, sürücü maşında sıxılıb qaldı

Sulutəpə dairəsində yol-nəqliyyat qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1957-ci il təvəllüdlü İsayev Rəhim Kərim oğlunun idarə etdiyi “KamAZ” markalı “90-JO-268” dövlət nömrə nişanlı yük avtomobili, sürücüsü məlum olmayan digər “KamAZ” markalı yük avtomobili ilə toqquşaraq deformasiyaya uğrayıb. Sürücünün ayağı avtomobildə sıxılıb qaldığından hadisə yerinə FHN -nin Xırdalan postu üzrə xilasedicilər qrupu gəlib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıblar.

Müəllif | Apa.Tv
Apa.tv