Bakıda 22 yaşlı oğlan kirayədə qaldığı evdə özünü asıb
Cəlilabad sakini Bakıda kirayə yaşadığı evdə intihar edib. APA TV-nin məlumatına görə, hadisə Nərimanov rayonu 40-cı Rezervuar küçəsində qeydə alınıb. Cəlilabad rayonunun Günəşli kənd sakini Əliyev Röyal Elbrus oğlu kirayə yaşadığı evdə həyatına qəsd edib.
Qonşuların veriyi məlumata görə, Röyal Əliyev bu ünvanda qardaşı ilə kirayədə qalırmış. Onun hansı səbəbdən canına qəsd etdiyi bilinmir.
Hadisə ilə bağlı Nərimanov Rayon Prokurluğu araşdırma aparır.