Bakıda daha bir avtobus qəzası: 2 yaralı
Bakının Xətai rayonunda iki nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Məmədov Seymur Malik oğlu idarə etdiyi "KİA" markalı avtomobili ilə şəhər istiqamətində hərkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə maşın dayanacaqda dayanan sərnişin avtobusuna çırpılıb. Qəza zamanı "KİA"-nın sürücüsü və sərnişi xəsarət alıblar. Əraziyə təcili tibbi yardım çağırılıb. Hər iki yaralı 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsindən verilən məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.