"Xəzər" TV-nin əməkdaşını bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB
Paytaxtın Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, "Xəzər" televizyasinda "Ləziz dad" proqramının aparıcısı olan Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Qonşuların verdiyi məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomabilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamani Elvin adli şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.
Məlumata görə, hadisəni törədən şəxsin nitqində qüsur və özünün alkoqol asılılığı olduğu bildirilir.
Yasamal Rayonu Pİ-nin 28-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə təqsirləndirilən şəxs yaxalanıb. Bu, Bakı şəhər sakini Elvin Şirinovdur.
Saxlanılan şəxs polisə ifadəsində bildirib ki, 5 ildən çoxdur, zərərçəkənlə eyni binada yaşayır. Qonşu kimi münasibətləri yaxşı olub. Jurnalistin avtomobilinə musiqi dinləmək məqsədilə minib. Amma zərərçəkən onunla kobud rəftar edib. Bundan qəzəblənərək üstündə gəzdirdiyi bıçaqla jurnalistə bir bıçaq zərbəsi endirib. Saxlanılan şəxs hadisədən əvvəl spirtli içki qəbul etdiyini etiraf edib.