Havanın temperaturu 10 dərəcə enəcək

Bakı və Abşeron yarımadasında sentyabrın 24-də havanın gecə və səhər dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Güclü cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında sentyabrın 24-də gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağış intensivləşəcək. Qərb rayonlarında dolu düşəcək. Güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 20-26 dərəcə isti olacağı gözlənilir.


Sentyabrın 23-ü axşamdan 25-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir.

 

Aqrometeoroloji şərhə görə, sentyabrın 24-26-da respublikanın rayonlarında  hava şəraitinin qeyri-sabit keçəcəyi,  temperaturun sentyabrın 25-də 5-10 dərəcə aşağı düşəcəyi, yağıntıların intensiv olacağı, küləyin güclənəcəyi gözlənilir ki, bu da kənd təsərrüfatı işlərinin aparılmasında, o cümlədən məhsul yığımında mühüm çətinliklər yaradacaq. 

 

Müəllif | Apa.Tv