Bakıda ömrünün 20 ilini həbsdə keçirmiş şəxs 9-cu dəfə tutulub

Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin əməkdaşları qanunsuz odlu silah əldə edib gəzdirməkdə təqsirli bilinən şəxsi yaxalayıb. APA TV-nin xəbərinə görə, kKeçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər 8 dəfə məhkum olmuş və 20 il həbsdə yatmış Bakı şəhər sakini, 43 yaşlı Çingiz Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üstünə baxış zamanı sandıqçasında 3 ədəd güllə olan “Makarov” markalı tapança aşkarlanaraq maddi sübut kimi götürülüb. Təxminən 2 ay əvvəl azadlığa çıxan Çingiz Hacıyev ilkin ifadəsində bildirib ki, silahı tapıb. Üstündə  gəzdirməsinə səbəb silahı satmaq istəməsi olub: "Üstümdəydi, satmaq üçün adam axtarırdım. Polislər məni tutdu".  

 

Hazırda silahdan hər hansı cinayətdə istifadə edilib-edilmədiyi araşdırılır. Faktla bağlı cinayət işi başlanıb.

 

Polis bu şəxsdən şikayəti olanların Xətai Rayon Polis İdarəsinə müraciət etmələrini xahiş edir. 

Müəllif | Apa.Tv