İŞİD terrorçuları bombardman olunan ərazilərdən qaçmağa başlayıb
Pentaqon ABŞ-ın Suriyada "İraq Şam İslam Dövləti"nə qarşı keçirdiyi əməliyyatla bağlı ilk açıqlama ilə çıxış edib. APA TV-nin məlumatına görə, Pentaqonun açıqlamasında bildirilir ki, İŞİD-in mövqelərinə ilk zərbələr uğurlu olub. Zərbələr Qırmızı dənizin beynəlxalq sularında və Fars körfəzinin şimalındakı gəmilərdən endirilib. Əməliyyatda Qətər, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də iştirak edir.
İŞİD üzvləri isə Suriyanın zərbələrin endirildiyi bölgələrindən qaçmağa başlayıb. Qeyri-rəsmi məlumatlara görə, zərbələr nəticəsində 120 terrorçu məhv edilib. Onların arasında həm İŞİD, həm də "Əl Qaidə" üzvləri var.
ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, Birləşmiş Ştatları İŞİD-ə qarşı mübarizədə heç bir sərhəd dayandıra bilməz: "İŞİD təkcə İraq və Suriya üçün yox, həm də bütün bölgə üçün təhlükədir".
Con Kerri terrorla mübarizəyə həsr olunan forumda bəyan edib ki, Türkiyə İŞİD-ə qarşı yaradılan koalisiyanın mübarizəsində ön cəbhədə yer alacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Nyu-Yorkda bəyan edib ki, Ankara beynəlxalq koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyir. Ərdoğan bildirib ki, Türkiyənin əməliyyatlara hərbi və siyasi dəstəyi məsələsi də müzakirə olunur. Bu barədə qərarın tezliklə qəbul olunacağı gözlənilir:
"Bunları aramızda müzakirə edirik və müzakirələri davam etdirəcəyik. Üzərimizə düşən nə varsa, terrorla mücadilədə bunu etməyə hazırıq. İnşallah, qayıtdıqdan sonra hökumətimizlə də müzakirələr aparacağıq. Bu müzakirələrdən sonra qəbul edəcəyimiz qərar çərçivəsində dəstəyimizi verəcəyik".
Suriya prezidenti Bəşər Əsəd də İŞİD-ə qarşı beynəlxalq mübarizəyə münasibət bildirib. Bəşər Əsəd deyib ki, Dəməşq terror qrupları ilə illərdir aparılan mübarizəni davam etdirir və terrorla mübarizədə beynəlxalq səyləri dəstəkləyir: "Terrorla mübarizə yalnız hərbi əməliyyatlarla uğur gətirməz. Ölkələr terror qruplaşmalarına istənilən dəstəyin dayandırılması istiqamətinə qəbul edilən beynəlxalq qərarlara riayət etməlidirlər".
Böyük Britaniyanın baş naziri Devid Kemeron isə xəbərdarlıqla çıxış edib. O, bildirib ki, İŞİD Avropa və Amerikada terror aktları planlaşdırır: "Bu adamlar bizi öldürmək istəyirlər. Biz bu şər təşkilatını tam darmadağın edəcəyimizə əmin olmaq üçün birləşməliyik". Baş nazir deyib ki, İŞİD-in nefti, pulu, ərazisi və silahı var. Ona görə də qruplaşmanın Avropa şəhərlərinə hücumu istisna deyil.