Üsamə bin Ladenin kürəkəni ömürlük azadlıqdan məhrum edildi
ABŞ məhkəməsi Üsəma bin Ldenin kürəkəni, "Əl Qaidə" terror təşkilatının liderlərindən biri Süleyman Əbu Geyti ömürlük azadlıqdan məhrum edib. APA TV-nin məlumatına görə, prokurorluq onu 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktlarına haqq qazandırmaqda və terrorçuların yeni hücumlar törədəcəkləri barədə bəyanatlar verməkdə ittiham edib.
Süleyman Əby Geyt 2013-cü ilin fevralında Ankaradakı hotellərdən birində Türkiyə və Amerika xüsusi xidmət orqanlarının birgə əməliyyatı zamanı saxlanılıb. ABŞ hüquq-mühafizə orqanları onun "Əl Qaidə" terror təşkilatının fəaliyyətində iştiraka görə dindirmək istəsə də, Türkiyə tərəfi Əbu Geyti təhvil verməkdən imtina etmişdi. Türkiyə məhkəməsi bin Ladenin kürəkənini azadlığa buraxdı. Çünki, o, Türkiyə ərazisində heç bir cinayət törətməmişdi. Lakin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi həmin ilin martında Süleyman əbu Geyti İordaniyadan təyyarə ilə Küveytə uçmağa hazırlaşarkən yenidən həbs edib.
Xatırladaq ki, "Əl Qaidə"nin keçmiş lideri, "dünyanın bir nömrəli terrorçusu" kimi axtarışda olan Üsəma bin Ladenin özü Pakistanda Amerika xüsusi təyinatlılarının əməliyyatı zamanı öldürülüb.