Bakı-Sumqayıt yolunda qəza: “Cadillac” yük maşınına çırpıldı

Ötən gecə Bakı-Sumqayıt yolunda üç maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb. Əvvəlcə "Cadillac" markalı avtomobil eyni istiqamətdə hərəkət edən və daşla dolu yük maşınına arxadan çırpılıb. Bundan sonra BMW markalı avtomobil də "Cadillac"a dəyib və yoldan çıxıb.

Hadisədən sonra Baş Dövlət Yol Polisinin əməkdaşları araşdırmalara başlayıblar. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Müəllif | Apa.Tv
Apa.tv