Bərdədə ana doğuş zamanı ölüb
Bərdədə 25 yaşlı qadın doğuş zamanı həyatını itirib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Yevlax rayon sakini, 25 yaşlı Manafova Aynur Məhərrəm qızı dünən günün ikinci yarısında Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.
Gecə saatlarında o, doğuş zamanı həyatını itirib.
Uşağın həyatını isə xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.