Bakıda fasilələrlə yağış yağacaq

Sentyabrın 25-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək.

 

Fasilələrlə yağış yağacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, Bakıda və Abşeron yarımadasında gecə şimşək çaxacaq, güclü şimal qərb küləyi gündüz mülayimləşəcək.Havanın temperaturu, gecə 18-20, gündüz 20-24 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, fasilələrlə leysan xarakterli yağış yağacaq. Bəzi yerlərdə yağışının intensivləşəcəyi gözlənilir. Gecə güclənən qərb küləyi gündüz mülayimləşəcək.

 

Havanın temperaturu gecə 15-20, 22-27 dərəcə, dağlıq ərazilərdə gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv