İŞİD-dən daha təhlükəli terrorçu qrup: "Xorasan"
ABŞ üçün İŞİD terror təşkilatından daha böyük təhlükə "Xorasan"dır. APA TV-nin "Milliyet"ə istinadən xəbərinə görə, bunu ABŞ-ın dövlət məmurları bildirir. Dövlət xadimləri açıqlamalarda bildirirlər ki, ABŞ ordularının İŞİD-lə birgə vurmaq istədiyi "Xorasan" terror təşkilatı növbəti 11 sentyabr hadisələrini törətmək niyyətindədir. Bu təşkilat "əl-Qaidə" terror təşkilatına bağlıdır və komandanlarından Muhsin El Fadli 11 sentyabr hücumlarını yaxşı bilir. Onun 7 milyon dollara sahib olduğu iddia edilir. Təşkilatın adı ilk dəfə keçən həftə açıqlanıb. "Əl-Qaidə" üzvlərindən təşkil olunan "Xorasan" "əl-Nüsra"yla birgə çalışır. İki il öncə Suriyada fəaliyyətə başlayıb və İraqda dayaqlarını yaradıb. ABŞ idarəçiliyinin təşkilatın adını uzun müddət gizli saxladığı qeyd olunur. Buna səbəb kimi təşkilatın ciddi təhdid olunacağı təqdirdə üzvlərinin sayının artacağı olduğu göstərilir. Küveyt əsilli, 33 yaşlı Muhsinel Fadhli 2013-cü ilin aprelindən Suriyaya gəlib, "əl-Nüsra" cəbhəsinə qatılıb. Təşkilatın digər önəmli şəxsi isə Səudiyyə Ərəbistan vətəndaşı əl-Rəhman Muhammed əl-Cuhnidir.
Qərb ölkələrində və ABŞ-da terror hadisələri təşkil etmək üçün yaradılan "Xorasan" qrupu bu səbəbə görə ABŞ tərəfindən hədəfə alınıb.