ABŞ İŞİD-in neft yataqlarını bombaladı
ABŞ bir sıra ərəb ölkələrinin dəstəyi ilə Suriya ərazisində “İraq Şam İslam Dövləti” terror təşkilatının mövqelərinə yeni zərbələr endirib. APA TV-nin məlumatına görə, bunu Pentaqonun baş katibi, kontr-admiral Cin Kirbi bildirib.
Hava əməliyyatı zamanı təyyarələr İŞİD-in nəzarətində olan neft yataqlarını məhv edib.
Digər yandan, Türkiyənin Suriya ilə sərhədindəki Şanlıurfa vilayətinin Akçakale qəsəbəsində həyəcanlı hərəkətlilik hələ də müşahidə edilir. Akçakale ilə üzbəüz yerləşən və İŞİD-in nəzarətində olan Telabyad bölgəsinin səmasından gecə saatlarında gələn təyyarə səsləri Türkiyə tərəfdə həyəcana səbəb olub. Sərhədin Suriya və Türkiyə tərəfində işıqlar tamamilə söndürülüb.