İŞİD Fransa vətəndaşını edam etdi

Əlcəzairdə “İslam dövləti” qruplaşması tərəfindən girov götürülən Fransa vətəndaşı Erve Qurdel edam olunub. APA TV-nin məlumatına görə, edam faktını terrorçuların yaydığı “Fransa hökuməti üçün qanlı məktub” adlı video təsdiqləyib.

 

Bundan əvvəl internetdə Fransa vətəndaşının video görüntüləri yayılmışdı. Qurdel Fransa prezidenti Fransua Ollandı İraqda terrorçulara qarşı əməliyyatda iştirak etməməyə çağırmışdı. 

 

Qeyd edək ki, Erve Qurdel Əlcəzairin şərqində Tizi-Uzu şəhəri yaxınlığında girov götürülmüşdü.

 

Müəllif | Apa.Tv