Başına 7 milyon dollar qoyulan terrorçu öldürüldü

Nigeriya höküməti “Boko Haram” terror qruplaşmasının başçısı Əbubəkr Şekainin öldürüldüyünü bəyan edib. APA TV-nin məlumatına görə, radikalların liderinin necə öldürüldüyü məlum deyil. Nigeriya hökuməti bununla bağlı hələlik heç bir açıqlama vermir. Əbubəkr Şekainin rəhbərlik etdiyi qruplaşma 2002-ci ildən hökumətə qarşı mübarizə aparır.

 

“Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlandığını bəyan edib.

 

Şekainin adı ABŞ-ın Dövlət departamentinin beynəlxalq təhlükəli terrorçu siyahısında olub və onun tutulması üçün 7 milyon dollar mükafat vəd edilib.

 

“Boka Haram” qruplaşması BMT tərəfindən də terrorçu təşkilat kimi tanınıb.

 

Müəllif | Apa.Tv