ABŞ-dan Ukraynaya 25 milyon dollarlıq hərbi yardım
ABŞ prezidenti Barak Obama Ukraynaya 25 milyon dollar dəyərində hərbi yardım ayırıb. APA TV-nin məlumatına görə, bu barədə ölkə prezidentinin Ukraynaya kömək haqqında qəbul etdiyi memorandumda deyilir. 5 milyon dollar hərbçilərin təhsilinə, 20 milyon isə Ukrayna ordusunun Amerika şirkətlərinin istehsalı olan və öldürücü olmayan silahlarla təminatına yönələcək.
Ukraynada Minsk Memorandumu qəbul olunduqdan sonra bəzi rayonlarda atışma səsləri hələ də eşidilir. Ötən sutka ərzində Ukrayna ordusunun mövqeləri Luqanskın Şastye şəhərində, Donetsk aeroportunda, Deboltsovada, o cümlədən Donetsk vilayətinin Nikişino bölgəsində atəşə tutulub.
Bu barədə antiterror əməliyyatı qüvvələrinin "facebook" səhifəsində yazılıb. Qərargahın yazdığına görə, digər bölmələrdə atışma qeydə alınmayıb. Mariopol rayonunda isə vəziyyət tamamilə Ukrayna bölmələrinin nəzarəti altındadır. Antiterror əməliyyatçıları Minsk Memorandumunun reallaşdırılması kontekstində hazırlıq tədbirləri gördüklərini açıqlayıblar.