Yağışlı hava davam edəcək

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, axşam bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu, gecə 16-18, gündüz 20-25 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, böyük və kiçik Qafqazın, eləcə də cənub bölgəsində şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-18, 22-27 dərəcə, dağlıq ərazilərdə gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv